Bank Of Baku

Azərbaycanın bank sektorunun likvid aktivlərinin həcmi ötən il 32% artıb

Azərbaycanın bank sektorunun likvid aktivlərinin həcmi ötən il 32% artıb
# 09 mart 2022 18:03 (UTC +04:00)

2021-ci ilin yekunlarına görə, Azərbaycanın bank sektorunun likvid aktivlərinin cəmi aktivlərindəki payı 33,1% təşkil edib. Bu barədə Nazirlər Kabinetinin 2021-ci ilə dair hesabatında bildirilib.

"APA-Economics"in apardığı hesablamalara görə, sözügedən aktivlərin həcmi 13,9 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 32,4% çoxdur.

Sektorun ani likvidlik əmsalı 61,6% (ötən ilin eyni vaxtında 60,9%) təşkil etməklə minimum tələbi (30%) iki dəfə üstələyib. Bankların likvid aktivlərinin 51,1%-i (4,2 mlrd. ABŞ dolları) xarici valyutada olub.

Qeyd edək ki, likvid aktivlərin 32%-i (4,4 mlrd. manat) nostro hesablarda, 21%-i (3 mlrd. manat) dövlət qiymətli kağızlarında, 34%-i (4,7 mlrd. manat) Mərkəzi Bankda olan müxbir hesablarda, və 13%-i (1,8 mlrd. manat) nağd vəsaitlərdə olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR