Bank Of Baku

Azərbaycanın daxili və xarici dövlət borcu açıqlanıb

Azərbaycanın daxili və xarici dövlət borcu açıqlanıb
# 18 aprel 2025 17:37 (UTC +04:00)

2025-ci il 1 aprel tarixinə Azərbaycanın xarici dövlət borcunun səviyyəsi 5 milyard 75 milyon ABŞ dolları ( illik müqayisədə 7.8% az) olub. Bu dövrdə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib.

APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkənin daxili dövlət borcunun səviyyəsi 2025-ci il 1 aprel tarixinə 18 milyard 1,3 milyon manat ( illik müqayisədə 9.1% çox) olub və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil edib.

Beləliklə, bu ilin 1 aprel tarixinə Azərbaycanın ümumi dövlət borcu 26 milyard 628,8 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3.3% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR