Bank Of Baku

Azərbaycanın Dünya Bankının "Qadınlar, biznes və qanun" reytinqindəki yeri açıqlanıb - TOP-20

Azərbaycanın Dünya Bankının "Qadınlar, biznes və qanun" reytinqindəki yeri açıqlanıb - TOP-20
# 02 mart 2022 11:29 (UTC +04:00)

Dünyada təxminən 2,4 mlrd. əmək qabiliyyəti yaşında olan qadına bərabər iqtisadi imkanlar yaradılmır və 178 ölkədə onların tam iqtisadi iştirakını əngəlləyən hüquqi maneələr mövcuddur.

"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının "Qadınlar, biznes və qanun 2022" adlı hesabatında deyilir.

Qeyd olunur ki, 86 ölkədə qadınlar bir neçə növ iş məhdudiyyətləri ilə üzləşirlər, 95 ölkə isə qadınlara bərabər əməkhaqqı zəmanəti verilmir.

Qlobal miqyasda qadınlar hələ də kişilərə verilən qanuni hüquqların yalnız dörddə üçünə malikdirlər və bu, mümkün 100 baldan (tam hüquqi paritet) 76,5 bal deməkdir. Lakin Dünya Bankının yeni hesabatında əsasən, 2021-ci ildə 23 ölkə qadınların iqtisadi inklüzivliyini artırmaq üçün çox zəruri addımlar ataraq islahatlar aparıb və onların reytinqdə mövqeləri yaxşılaşıb.

Qeyd edək ki, Dünya Bankının hər il tərtib etdiyi "Qadınlar, biznes və qanun" reytinqi 190 ölkədə qadınların iqtisadiyyatda iştirakına təsir edən səkkiz sahə çərçivəsində – mobillik, iş yeri, əməkhaqqı, ailədə haqların bərabərliyi, valideynlik, sahibkarlıq, aktivlər və təqaüd üzrə qanun, qaydaları və haqları ölçür.

2022-ci ilin reytinqinə görə, dünyada cəmi 12 ölkə maksimal bala malikdir – Belçika, Kanada, Danimarka, Fransa, Yunanıstan , İslandiya, İrlandiya, Latviya, Lüksemburq, Portuqaliya, İspaniya və İsveç.

Azərbaycan reytinqdə 190 ölkə arasında 78,8 balla 103-cü mövqedə qərarlaşıb. Ölkənin göstəricisi dəyişməsə də, 2021-ci ilin reytinqindəki 98-ci yerindən geriləyib.

Dünya Bankının tərtib etdiyi "Qadınlar, biznes və qanun 2022" reytinqinin TOP-20:

#

Ölkə

Göstərici, bal

2022-ci il

2021-ci il

1

Belçika

100

100

2

Kanada

100

100

3

Danimarka

100

100

4

Fransa

100

100

5

Yunanıstan

100

97,5

6

İslandiya

100

100

7

İrlandiya

100

100

8

Latviya

100

100

9

Lüksemburq

100

100

10

Portuqaliya

100

100

11

İspaniya

100

97,5

12

İsveç

100

100

13

Estoniya

97,5

97,5

14

Finlandiya

97,5

97,5

15

Almaniya

97,5

97,5

16

İtaliya

97,5

97,5

17

Niderland

97,5

97,5

18

Yeni Zelandiya

97,5

97,5

19

Böyük Britaniya

97,5

97,5

20

Avstraliya

96,9

96,9

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR