Bank Of Baku

Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşu 3 dəfə artıb

Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşu 3 dəfə artıb
# 13 sentyabr 2023 16:26 (UTC +04:00)

2023-cü ilin birinci yarısında Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 45 milyon 446 min dollar təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9 dəfə və ya 30 milyon 167 min dollar çoxdur. 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşu 15 milyon 447 min dollar təşkil edib.

Qeyd edək ki, bu dövrdə Gürcüstanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu isə 37.2% azalaraq 8.9 milyon dollara bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR