Bank Of Baku

Azərbaycanın MDB ölkələri ilə mənfi ticarət saldosu 20% artıb

Azərbaycanın MDB ölkələri ilə mənfi ticarət saldosu 20% artıb
# 18 mart 2022 10:40 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 72,7% artaraq 1,029 mlrd. ABŞ dollarına çatıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu müddət ərzində ixracın həcmi illik müqayisədə 81,2% artaraq 464,506 mln. dollar, idxal isə 66,3% artaraq 564,075 mln. dollar təşkil edib.

Nəticədə, ilin ilk iki ayında 99,6 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,3% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR