Bu ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 135,7 mln. ABŞ dolları (13 830,7 mln. manat) və ya ÜDM-in 14,9%-ni təşkil edib.
"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, xarici dövlət borcu ötən ilin eyni dövrü ilə müqayisədə 685,8 mln. dollar və ya ÜDM-in 5,8 faiz bəndi azalıb.
Yanvarın 1-nə ölkənin daxili dövlət borcu isə 3 068,4 mln. manat və ya ÜDM-in 3,3%-ni təşkil edib ki, bu da illik müqayisədə 1 126,1 mln. manat, və ya ÜDM-in 0,6 faiz bəndi səviyyəsində artıb.
"APA-Economics"in hesablamalarına görə, nəticədə Azərbaycanın ümumi dövlət borcu 16 899,1 mln. manat və ya ÜDM-in 18,2%-nə bərabər olub ki, bu da illik müqayisədə 39,4 mln. manat çox olsa da, ÜDM-in 5,2 faiz bəndi səviyyəsində azalıb.