Azərbaycanın xarici ticarət əlaqələrində ötən il əldə edilmiş müsbət dinamika bu ilin ilk iki ayında da davam edib.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb. Belə ki, bu ilin ilk iki ayında xarici ticarət dövriyyəsi 80,4% artaraq 7,94 mlrd. ABŞ dolları, ixrac isə 2,1 dəfə artaraq 5,97 mlrd. dollar təşkil edib.
Nazir qeyd edib ki, ölkənin idxalı isə 22,3% artaraq 1,97 mlrd. dollara bərabər olub və nəticədə xarici ticarət saldosu 3,4 dəfə artaraq 4 mlrd. dollara çatıb.