2021-ci ildə Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4,795 ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% çoxdur.
"APA-Economics" Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, yatırılmış birbaşa investisiyaların 4,004 mlrd. dolları və ya 83,5%-i neft-qaz sektoruna yönəlib.
Qeyd edək ki, 2020-ci illə müqayisədə neft-qaz sektoruna yönələn investisiyaların həcmi 22,3% artıb.