Bank Of Baku

Azərbaycanın ötən il xarici kreditlər üzrə faiz ödənişlərinin həcmi açıqlanıb

Azərbaycanın ötən il xarici kreditlər üzrə faiz ödənişlərinin həcmi açıqlanıb
# 17 mart 2022 11:04 (UTC +04:00)

2021-ci ildə Azərbaycan xarici kreditlərdən istifadəyə görə 0,3 mlrd. ABŞ dolları həcmində faiz ödəyib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici 2020-ci illə müqayisədə 40% azalıb. Qeyd edək ki, ölkənin ötən il həyata keçirdiyi qeyri-rezidentlərə ödənişlərdə kredit faizlərinin payı cəmi 9,7% təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan yol infrastrukturunun yaxşılaşması (Dünya Bankı) və COVID-19 pandemiyasının törətdiyi mənfi təsirlərlə büdcəyə dəstək olmaq üçün (Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) 415 mln. dollar məbləğində üç yeni kredit sazişi imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR