Azərbaycanın qeyri-neft ixracı 11%-ə yaxın artıb

Azərbaycanın qeyri-neft ixracı 11%-ə yaxın artıb
# 04 oktyabr 2023 11:41 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2,4 mlrd. ABŞ dollarından çox olub.

"APA-Economics"in İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən verdiyi məlumata görə, bu ilin ilk doqquz ayında Azərbaycandan ixrac olunan qeyri-neft məhsullarının dəyəri 2 434,32 mln. ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 10,6% çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 mln. ABŞ dollarına bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR