2026-cı ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 9.2 milyard dollar təşkil edib.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bunun 5.1 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4.1 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.
Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 1.2% azalaraq 1 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1 milyard dollar olub. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 66.5 milyon dollar təşkil edib.