Bank Of Baku

Cəbrayılın Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra tədris başlayıb - FOTO

Cəbrayılın Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra tədris başlayıb - FOTO
# 15 sentyabr 2026 13:08 (UTC +04:00)

Cəbrayıl rayonunun Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra tədris başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, 1926-cı ildən fəaliyyət göstərən məktəbdə 1993-cü ilin mayında son zəng çalınıb.

İşğal illərində məktəb fəaliyyətini dayandırıb.

Cəbrayılın işğaldan azad olunmasından sonra Şükürbəyli kəndində aparılan bərpa işləri çərçivəsində müasir standartlara uyğun yeni məktəb binası inşa edilib.

İlk dərs günü ilə bağlı keçirilən tədbirdə rəsmi şəxslər, məktəb kollektivi, şəhid ailələri və kənd sakinləri iştirak ediblər. Şəhidlərin xatirəsi yad olunub, çıxışlarda Böyük Qayıdışdan danışılıb.

Daha sonra şagirdlərin ifasında musiqi və rəqs nümunələri təqdim olunub və ilk dərs gününün zəngi çalınıb.

Məktəbin məzunu, hazırda müəllim işləyən Zərifə Məmmədova doğma kəndinə müəllim kimi qayıtmağın onun üçün böyük qürur olduğunu bildirib.

Şagirdlər də 33 ildən sonra ata-baba yurdunda təhsil almağın sevincini yaşadıqlarını deyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR