Bank Of Baku

“AzerGold” 7 il ərzində 1 milyard manatdan çox gəlir əldə edib

“AzerGold” 7 il ərzində 1 milyard manatdan çox  gəlir əldə edib
# 05 iyul 2023 16:06 (UTC +04:00)

“AzerGold” QSC-nin müstəqillik dövründə dövlət şirkəti qismində ilk qızıl və gümüş hasilatçısı, eləcə də ixracatçısı kimi uğurlu fəaliyyət göstərib.

APA-Economics” xəbər verir ki, şirkətin fəaliyyətə başlamasının 7-ci ildönümü ərəfəsində ümumi satış gəlirləri 1 milyard 28 milyon manatı üstələyib. Satış gəlirlərlərinin 990 milyon manatını ixracdan əldə edilmiş gəlirlər təşkil edir. Belə ki, şirkətin uğurlu fəaliyyəti nəticəsində 358 min unsiya qızıl, 712 min unsiya gümüşün ixracını həyata keçirilib. İxracla yanaşı, ötən dövr ərzində yerli zərgərlik bazarının inkişafı məqsədilə 11 min unsiyadan çox qızıl, 76 min unsiyadan çox gümüş metalını daxili bazara yönəldilib. Bundan başqa, bu müddət ərzində dövlətə vergi formasında 119 milyon manata yaxın vəsait ödənilib. Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişlər isə 17 milyon manata yaxın olub ki, bu, ümumilikdə 136 milyon manat vəsait deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR