Bank Of Baku

“AzeSteelCompany” 2 mln. manata yaxın zərər edib

“AzeSteelCompany” 2 mln. manata yaxın zərər edib
# 05 oktyabr 2023 16:10 (UTC +04:00)

AzeSteelCompany” 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, “AzeSteelCompany” 2022-ci ildə 1 milyon 805.7 min manat xalis zərər edib. 2021-ci ildə şirkət 297.9 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə şirkətin gəlirləri 20 milyon 591,6 min manat (illik müqayisədə 8.4 dəfə çox), satışın maya dəyəri isə 19 milyon 928.3 min manat ( 10.7 dəfə çox) təşkil edib. İnzibati xərcləri (1 milyon 441 min 529 manat) 20 dəfə artan şirkətin əməliyyat zərəri 1 milyon 176.7 min manat təşkil edib.

2022-ci ildə şirkətin cəmi aktivləri 42.9% artaraq 20 milyon 393.2 min manat, cəmi öhdəlikləri isə 79.2% artaraq 12 milyon 288,1 min manat təşkil edib.

2023-cü ilin yanvarın 1-nə “AzeSteelCompany”nin cəmi kapitalı 8 milyon 105.1 min manat təşkil edib ki, bu da illik müqayisədə 9.4% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR