Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi 2% azalıb

Bakı Fond Birjasının dövriyyəsi 2% azalıb
# 04 iyul 2023 12:45 (UTC +04:00)

Bakı Fond Birjasında 2023-cü ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7,793,468,091 manat təşkil edib ki, bu da illik müqayisədə 2% azdır.

"APA-Economics" xəbər verir ki, bu barədə BFB-dən bildirilib.

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızların ilkin bazarı üzrə ticarət həcmində 16%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 54% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 32% artım olub.

O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 10 dəfə artım qeydə alınıb.

2023-cü ilin iyun ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 4,848,500,254 manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 18% böyümə qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR