2023-cü ilin yanvar-sentyabr ayları ərzində Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 15 milyard 909 milyon 46 min manat təşkil edib.
“APA-Economics” xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 74% çoxdur.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 4, 995 ,678 min 475 manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 22% böyümə qeydə alınıb.