Yanvarın 18-də "Bakı Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"APA-Economics" xəbər verir ki, bu barədə sığorta şirkətinin İdarə Heyətindən bildirilib. Amma yığıncağın gündəliyi açıqlanmayıb.
Qeyd edək ki, səhmdarlarının növbədənkənar ümumi yığıncağı "Bakı Sığorta"nın baş ofisində (Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62 ünvanında) baş tutacaq.