Paşha Bank
Bank Of Baku

Bakıda mikromaliyyənin inkişafına dair beynəlxalq konfrans keçirilir

Bakıda mikromaliyyənin inkişafına dair beynəlxalq konfrans keçirilir
# 28 oktyabr 2026 09:35 (UTC +04:00)

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə “Mikromaliyyədə investisiya və dayanıqlı inkişaf” mövzusunda XII konfrans keçirilir.

“APA-Economics” xəbər verir ki, tədbirdə dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının, bankların, bank olmayan kredit təşkilatlarının (BOKT), sığorta və investisiya şirkətlərinin nümayəndələri iştirak edirlər.

Konfransda mikromaliyyə sektoruna investisiyaların cəlb edilməsi, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, tənzimləmə mexanizmləri və kredit risklərinin idarə olunması məsələləri müzakirə edilir.

Bununla yanaşı, sektorda rəqəmsal transformasiya, kibertəhlükəsizlik, süni intellektin kreditlərin qiymətləndirilməsində tətbiqi və fintex şirkətləri ilə əməkdaşlıq imkanları diqqət mərkəzindədir.

Qeyd edək ki, konfrans Azərbaycan Mikromaliyyə Assosiasiyasının 25 illik fəaliyyətinə həsr olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR