Bank Of Baku

Toğrul Əliyev: BOKT-larla bağlı qanunvericilik dəyişiklikləri paketi hazırlanır

Toğrul Əliyev: BOKT-larla bağlı qanunvericilik dəyişiklikləri paketi hazırlanır
# 28 oktyabr 2026 10:11 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər paketi üzərində işləri davam etdirir.

“APA-Economics” xəbər verir ki, bunu AMB sədrinin müavini Toğrul Əliyev XII Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dəyişikliklər mikromaliyyə modeli üzrə strateji çərçivədən irəli gəlir və sektorun institusional əsaslarının gücləndirilməsinə yönəlib.

T. Əliyev qeyd edib ki, qanunvericilik dəyişiklikləri ilə bağlı müvafiq qurumlarla müzakirələr aparılıb.

AMB sədrinin müavini bildirib ki, mikromaliyyə sektorunun dayanıqlı inkişafı üçün investorların vəsaitlərinin cəlb edilməsi və alternativ maliyyələşmə kanallarının genişləndirilməsi vacibdir.

Onun sözlərinə görə, investorların etimadının artırılması üçün şəffaf hesabatlılıq, sağlam korporativ idarəetmə, etibarlı risk qiymətləndirməsi və aydın tənzimləyici çərçivə təmin edilməlidir.

T. Əliyev vurğulayıb ki, mikromaliyyə sektorunun inkişafı biznesin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi və real iqtisadiyyatın dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR