Bakı şəhəri üzrə bu ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.
Bakı Şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 12,9% artaraq, 1066,9 manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında paytaxtda orta aylıq nominal əməkhaqqı 1040,9 manat olub.