2023-cü ilin yanvar-avqust aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-avqust aylarlı ilə müqayisədə 3,7% artaraq 20372,8 milyon manat olub.
Bu barədə “APA-Economics”ə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Qeyd edək ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artaraq 11262,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,2% artaraq 9110,4 milyon manata bərabər olub.
Əlavə edək ki, istehlak məhsullarının 35,7%-i hüquqi şəxs statuslu müəssisələrdə, 47,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,9%-i isə paytaxtın məhsul bazarlarında satılıb.