Bu ilin yanvar ayında Bakı şəhəri üzrə ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar ayı ilə müqayisədə 5,3% artaraq 2 068,3 mln. manat çatıb.
Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6% artaraq 1 039,5 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 11% artaraq 1 028,8 mln. manata bərabər olub.
İstehlak məhsullarının 36%-i hüquqi şəxs statuslu müəssisələrdə, 20,7%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 43,3%-i isə paytaxtın məhsul bazarlarında satılıb.