"Bank Melli İran"ın Bakı filialı 2023-cü ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqlayıb.
“APA-Economics” hesabata istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bankın faiz gəlirləri 2,176 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 15% az), faiz xərcləri 28,8 min manat (5,8 dəfə az), xalis faiz gəlirləri 2,147 milyon manat (10,1% az) təşkil edib.
Bankın aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmaları 1,987 milyon manat, xarici valyuta əməliyyatları üzrə gəlirləri 129,9 min manat, haqq və komissiya gəlirləri 50,4 min manat, digər gəlirləri 9,4 min manat olub.
Filialın xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xərcləri 13,9 min manat, haqq və komissiya xərcləri 39,8 min manat, inzibati xərcləri isə 1,478 milyon manata bərabər olub. Filial bu il ərzində mənfəət vergisi ödəməyib.
Nəticədə, "Bank Melli İran"ın Bakı filialı 2023-cü ilin üçüncü rübünü 2,794 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da bir il əvvələ nisbətən 2 dəfə çoxdur. Ötən il eyni dövründə Filial 1,357 milyon manat xalis mənfəət açıqlamışdı.
Bu il "Bank Melli İran"ın Bakı filialı 17,6% kiçilib. Belə ki, ilin əvvəlində Filialın cəmi aktivləri 96,620 milyon manat olduğu halda, bu il oktyabrın 1-nə bu rəqəm 79,586 milyon manata kimi azalıb. Bankın kredit portfeli 68% kiçilərək 5,636 milyon manata düşüb.
İlin əvvəlinə nisbətən 2023-cü ilin oktyabrın 1-nə "Bank Melli İran"ın Bakı filialı cəmi kapitalını isə 7,5% artıraraq 40,08 milyon manata çatdırıb.
YENİLƏNİB'>