Bank Of Baku

Bank of Baku-dan 9 aya 36% böyümə - 27 milyon manat mənfəət

Bank of Baku-dan 9 aya 36% böyümə - 27 milyon manat mənfəət
# 15 oktyabr 2026 11:24 (UTC +04:00)

“Bank of Baku” bu ilin III rübünü 27 milyon 45 min manat xalis mənfəətlə başa vurub.

“APA-Economics” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12.6% çoxdur.

Hesabat dövründə bankın gəlirləri 26.4% artaraq 182,4 milyon manat, xərcləri isə 28.5% artaraq 146,05 milyon manat təşkil edib.

Cari ilin oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 35.9% artaraq 1,57 milyard manata, öhdəlikləri isə 40.6% artaraq 1.37 milyard manata çatıb.

Həmin dövrə bankın kredit portfeli də böyüyüb. Belə ki, bankın müştərilərinə verdiyi ümumi kreditlərin həcmi 28.7% artaraq 1,2 milyard manat olub. Kredit portfelinin 911 milyon manatını istehlak kreditləri, 188,7 milyon manatını biznes kreditləri, 72,2 milyon manatını isə ipoteka kreditləri təşkil edib.

Bankın depozit portfeli ilin əvvəlindən 43,1% artaraq 1,06 milyard manata çatıb. Portfelin 913,9 milyon manatını fiziki şəxslərin, 145,1 milyon manatını isə hüquqi şəxslərin (şirkətlərin) əmanətləri təşkil edib. İlin əvvəli ilə müqayisədə fiziki şəxslərin əmanətləri 36,5%, hüquqi şəxslərin əmanətləri isə 2,1 dəfə artıb.

2026-cı ilin oktyabrın ayının 1-nə “Bank of Baku”nın kapitalı ilin əvvəlinə nisbətən 10.1% artaraq 193,6 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR