Bank Of Baku

"Bank Ombudsmanın Əsasnaməsi"nə dəyişiklik edilib

"Bank Ombudsmanın Əsasnaməsi"nə dəyişiklik edilib
# 24 fevral 2022 16:47 (UTC +04:00)

23 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağı keçirilib.

ABA-dan "APA-Economics"ə verilən məlumata görə, iclasın gündəliyinə ABA-nın və onun törəmə qurumlarının 2021-ci il üzrə fəaliyyətinə dair hesabatlarının təsdiqi və digər cari məsələlər daxil olub.

Bundan əlavə, ümumi yığıncaqda "Bank Ombudsmanın Əsasnaməsi"nə müvafiq dəyişiklik edilib. Belə ki, həmin dəyişikliyə əsasən, Bank Ombudsmanı tərəfindən baxıla biləcək şikayətlər 2 000 ABŞ dollarından 10 000 dollara qaldırılıb.

Qeyd edək ki, iclasın sonunda 2021-ci il üzrə ABA-ya üzv bankların və o cümlədən ABA-nın nəzdində vəaliyyət göstərən fəal Ekspert Qruplarının mükafatlandırılması keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR