Bank sektorunun mənfəəti 17%-ə yaxın azalıb

Bank sektorunun mənfəəti 17%-ə yaxın azalıb
# 27 may 2025 10:35 (UTC +04:00)

2025-ci ilin yanvar - aprel aylarında Azərbaycan bankları 339.8 mln. manat xalis mənfəət əldə edib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 16,6% azdır.

Bu ilin ilk dörd ayında sektorun əməliyyat mənfəəti isə 3,6% azalaraq 564.4 mln. manata enib. Cari ilin 4 ayında banklar tərəfindən ümumilikdə 90.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib. Ötən ilin eyni dövründə bu rəqəm 89.9 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR