Bank Of Baku

Bankların xalis mənfəəti 33% artıb

Bankların xalis mənfəəti 33% artıb
# 21 avqust 2023 11:42 (UTC +04:00)

Azərbaycanın bank sektoru 2023-cü ilin yanvar-iyul aylarında 655.3 milyon manat xalis mənfəət əldə edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 33% çoxdur. 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanın bank sektoru 492.6 milyon manat xalis mənfəət əldə edib.

Bu dövrdə bankların xalis faiz gəlirləri 32.6% artaraq 1 milyard 464.3 milyon manata, əməliyyat mənfəəti isə 25.6% artaraq 931.4 milyon manata bərabər olub.

Hesabat dövründə banklar 163.4 milyon manat mənfəət vergisi ödəyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR