Baş direktor: "Mərkəzi Bank İFC ilə birgə kibertəhlükəsizlik strategiyası hazırlayır"

Baş direktor: "Mərkəzi Bank İFC ilə birgə kibertəhlükəsizlik strategiyası hazırlayır"
# 24 noyabr 2022 12:08 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlayır.

"APA-Economics" xəbər verir ki, bunu AMB-nin baş direktoru Fərid Osmanov deyib.

O bildirib ki, AMB bu istiqamətdə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq edir: "Maliyyə bazarı iştirakçılarının informasiya təhlükəsizliyinin qorunması və kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində normativ-metodoloji baza inkişaf etdirilir. Banklarda informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə qaydalar var. Bu istiqamətdə monitorinqlər həyata keçiririk. IFC ilə birlikdə hazırlanan strategiya sektorda kibertəhdidlərin tənzimlənməsi, preventiv olaraq qarşısının alınması məsələlərini özündə ehtiva edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR