Paşha Bank
Bank Of Baku

Dövlət naziri: Böyük Britaniya şirkətlərinin Qarabağa investisiya qoymasını istəyirik

Dövlət naziri: Böyük Britaniya şirkətlərinin Qarabağa investisiya qoymasını istəyirik
# 06 oktyabr 2026 16:25 (UTC +04:00)

Böyük Britaniya şirkətlərinin Qarabağda fəaliyyət göstərməsi və investisiya yatırması üçün imkanlar mövcuddur.

“APA-Economics” xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Qarabağa investisiya planları ilə bağlı suala cavab verən nazir Britaniya biznesinin Azərbaycanda fəaliyyətinin və investisiyalarının artırılmasını istədiyini deyib.

“Mən Britaniya şirkətlərinin burada, Azərbaycanda fəaliyyət göstərməsini və investisiyalar yatırmasını istəyirəm. Bu, UK Export Finance tərəfindən də dəstəklənəcək”, – Lord Anas Sarvar bildirib.

Nazir eyni zamanda investisiya əlaqələrinin qarşılıqlı xarakter daşımasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, daha çox Azərbaycan şirkətinin Böyük Britaniyada fəaliyyət göstərməsi və bu ölkəyə investisiya yatırması arzuolunandır.

“Yaxşı tərəfdaşlıq hər iki tərəf üçün qarşılıqlı fayda deməkdir”, – o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR