Bank Of Baku

Böyük Britaniyada inflasiya son 30 ilin maksimumunadək yüksəlib

Böyük Britaniyada inflasiya son 30 ilin maksimumunadək yüksəlib
# 23 mart 2022 13:44 (UTC +04:00)

Böyük Britaniyada fevral ayında istehlak qiymətləri indeksi son 30 ilin maksimumunadək yüksələrək 6,2% artım göstərib.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsinin hesabatında deyilir.

Qeyd olunur ki, yanvar ayında bu göstərici 5,5% təşkil edib.

Məlumata görə, ötən həftə dünyada artan geosiyasi gərginlik fonunda İngiltərə Bankı fevral ayından bəri ikinci dəfə baza faiz dərəcəsini 0,5%-dən 0,75%-ə qaldırıb. Eyni zamanda Britaniya mərkəzi bankı apreldə inflyasiyanın 8%-ə çata biləcəyi barədə xəbərdarlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR