Bank Of Baku

Büdcə təşkilatlarında tələblərə uyğun mühasibat uçotunun təşkili vacibdir - Maliyyə Nazirliyi

Büdcə təşkilatlarında tələblərə uyğun mühasibat uçotunun təşkili vacibdir - Maliyyə Nazirliyi
# 23 fevral 2022 17:27 (UTC +04:00)

Fevralın 23–də Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2021-ci ilin dövlət büdcəsinin icrası və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, nazir Samir Şərifov büdcə təşkilatlarında qanunvericiliyin tələblərinə uyğun mühasibat uçotunun təşkilinin vacibliyini vurğulayıb, mühasiblərin peşəkarlığının artırılmasının artıq günün tələbi olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, "Mühasibat uçotu haqqında" Qanunun tələblərinə əsasən büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar. Bu baxımdan dövlət büdcəsindən maliyyələşən iri qurumlarda çalışan mühasibat işçilərinin təyinatı zamanı onların mühasibatlıq üzrə müasir bilik və bacarıqlara malik olmaları və müvafiq standartlara cavab vermələri əsas şərt kimi qoyulmalıdır.

İclasda kollegiyanın gündəliyinə uyğun olaraq məruzələr dinlənilib, müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilib.

Kollegiya iclasında, Azərbaycan Prezidentinin sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş nazirlik əməkdaşlarına medallar və digər təltiflər təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR