Bank Of Baku

BVF Azərbaycanın inflyasiya proqnozunu yaxşılaşdırıb

BVF Azərbaycanın inflyasiya proqnozunu yaxşılaşdırıb
# 10 oktyabr 2023 13:35 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Azərbaycanda inflyasiya proqnozunu yeniləyib.

"APA-Economics" xəbər verir ki, Fond bu il Azərbaycanda inflyasiya proqnozunu 11,3%-dən 10,3%-ə qədər endirib.

BVF hesab edir ki, 2024-cü ildə Azərbaycanda istehlak qiymətləri indeksi 5,6%-ə qədər enəcək. Bu isə Fondun əvvəlki proqnozundan 2,4% bəndi azdır.

BVF 2028-ci ildə isə Azərbaycanda inflyasiyanın 4%-ə enəcəyini müəyyən edib.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2023-cü ilin yekunları üzrə orta illik inflyasiyanı 9,5%, 2024-cü il üçün 5,3%, 2025-ci il üçün 4,9% proqnozlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR