Bank Of Baku

BVF Ukraynaya 1,4 mlrd. dollar ayırır

Kristalina Georgiyeva

© APA | Kristalina Georgiyeva

# 09 mart 2022 10:13 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) Rusiya ilə müharibədən əziyyət çəkən Ukraynaya dəstək üçün 1,4 mlrd. ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin rəhbəri Kristalina Georgieva bildirib.

"Biz İcraiyyə Şurasına Ukraynaya dəstək məqsədilə təxminən 1,4 mlrd. dolların ayrılmasına dair təklif göndərmişik", - Georgiyeva qeyd edib.

O həmçinin bildirib ki, BVF Ukrayna hökuməti ilə cari müzakirələr mövzusunu "islahat"dan "böhranların idarə edilməsi"nə dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR