Bank Of Baku

“Caspian İnvest” BOKT ötən ili zərərlə başa vurub - Hesabat

“Caspian İnvest” BOKT ötən ili zərərlə başa vurub - Hesabat
# 03 iyul 2023 11:54 (UTC +04:00)

“Caspian İnvest” bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Caspian İnvest” BOKT 62 min 365 manat xalis zərər edib. 2021-ci ildə təşkilat 11 min 175 manat xalis zərər açıqlamışdı.

Hesabat dövründə təşkilatın kredit portfeli 27.2% azalaraq 335.7 min manat, xalis faiz gəlirləri isə 43.8 min manat təşkil edib. 2021-ci ildə təşkilatın qeyri-faiz gəlirləri 32.2 min manat olsada, ötən il təşkilat qeyri-faiz gəlirləri əldə edə bilməyib. Eyni dövrdə əməliyyat xərcləri isə 24% artaraq 106.2 min manat bərabər olub. Beləliklə təşkilat ötən ili 62 min 365 manat əməliyyat zərəri ilə başa vurub.

2022-ci ildə “Finans İnvest” BOKT-un cəmi aktivləri 19.4% azalaraq 486 min manat, cəmi öhdəlikləri isə 32% azalaraq 112.2 min manat təşkil edib.

2023-cü il yanvar ayının 1-nə təşkilatın cəmi kapitalı 374.7 min manata bərabər olub ki, bu da əvvəlki illə müqayisədə 14.4% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR