2021-ci ildə Çinin Rusiya ilə apardığı ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 35,8% artaraq 146,88 mlrd. ABŞ dollarına çatıb ki, bu da rekord göstəricidir.
"APA-Economics" xəbər verir ki, bu barədə TASS Çin Baş Gömrük İdarəsinin məlumatına istinadən yazır.
Dekabrda Çinlə Rusiya arasında ticarət dövriyyəsinin həcmi noyabr ayı ilə müqayisədə 11,5% artaraq 16,44 mlrd. dollar təşkil edib. İl ərzində Rusiyaya ixrac 33,8% artaraq 67,56 mlrd. dollara, idxalı isə 37,5% artaraq 79,32 mlrd. dollara çatıb.
Qeyd edək ki, ümumilikdə, Çinin xarici ticarəti illik müqayisədə 30,3% artaraq rekord həddə – 6,05 trln. dollara çatıb.
Xatırladaq ki, 2019-cu ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 110,75 mlrd. dollara çatıb, 2020-ci ildə isə koronavirus pandemiyası səbəbindən 2,9% azalaraq 107,76 dollar olub.