Bank Of Baku

Daşınmaz əmlakın icbari sığortasına dair proqnozlaşdırılan yeniliklər məlum olub

Daşınmaz əmlakın icbari sığortasına dair proqnozlaşdırılan yeniliklər məlum olub
# 28 iyun 2019 18:38 (UTC +04:00)

Daşınmaz əmlakın icbari sığortası növü üzrə qanunvericilik təkmilləşdiriləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmlak Məsələləri Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Daxili İşlər Nazirliyinə 2019-2020-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə İcbari Sığorta Bürosunun elektron informasiya sisteminin məlumat mübadiləsinin həyata keçirilməsi, qeyri-yaşayış sahələrinin sığortalanması zamanı müstəqil qiymətləndirici tərəfindən əmlakın real dəyərinin müəyyən edilməsi, qeyri-yaşayış sahələrinin sığortalanması zamanı riskə təsir edən amillərin (yanğından mühafizə standartlarının tətbiqi və s.) nəzərə alınaraq, sığorta haqqına təsir mexanizminin tətbiq edilməsi və daşınmaz əmlakın icbari sığortası üzrə penetrasiyanın artırılması üçün sığorta haqlarının ödənilməsi mexanizmlərinin tətbiq edilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi tapşırılıb. Təqdim edilən təkliflər əsasında “İcbari sığortalar haqqında” qanun təkmilləşdirilməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR