Bank Of Baku

DB: Azərbaycanın cari əməliyyatlar balansının profisiti 13%-ə enəcək

DB: Azərbaycanın cari əməliyyatlar balansının profisiti 13%-ə enəcək
# 05 oktyabr 2023 16:07 (UTC +04:00)

Dünya Bankı Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisiti üzrə proqnozunu azaldıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Bankın regional hesabatında bildirilib. Dünya Bankı (DB) 2023-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisitinin ÜDM-ə nisbəti üzrə proqnozunu 19,2%-dən 14,6%-ə endirilib.

Dünya Bankı 2024-cü ildə CƏH-in profisiti üzrə proqnozunu 14,8%-dən 13,5%-ə kimi azaldıb, 2025-ci il üzrə isə dəyişməyərək 13%-i səviyyəsində müəyyən edib.

Qeyd edək ki, ötən il cari əməliyyatlar hesabının profisiti ÜDM-in 26,5%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR