Bank Of Baku

DB Azərbaycanın dövlət büdcəsinin gəlirləri üzrə proqnozunu yaxşılaşdırıb

DB Azərbaycanın dövlət büdcəsinin gəlirləri üzrə proqnozunu yaxşılaşdırıb
# 05 oktyabr 2023 15:36 (UTC +04:00)

Dünya Bankı (DB) 2026-cı ilə kimi Azərbaycanın dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnozunu yaxşılaşdırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib. DB aprel proqnozuna nisbətən 2023-cü ildə büdcə gəlirlərinin ümumdaxili məhsulun (ÜDM) 33,1%-dən 34,6%-ə qədər artacağını açıqlayıb. DB 2024-ci il üzrə bu rəqəmi 33,1%-dən 34,1%-ə kimi, 2025-ci il üzrə isə 31,6%-dən 32,7%-dən artırıb.

Dünya Bankı həmçinin, dövlət büdcənin ÜDM-də payının isə 2023-cü ildə 3,4%, 2024-cü ildə 3,3%, 2025-ci ildə isə 3,2% təşkil edəcəyini proqnozlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR