Dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 590 000,0 min manat məbləğində proqnozlaşdırılır.
APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2024-cü il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı, həmçinin Məqsədli Büdcə Fondlarının vəsaitinin qalığı hesabına həmin fondların kəsirinin bağlanması daxilində) hesabına həyata keçiriləcək.