Bank Of Baku

Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılacaq dotasiyanın məbləği artırılır

Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılacaq dotasiyanın məbləği artırılır
# 05 dekabr 2022 11:20 (UTC +04:00)

Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın məbləği artacaq.

APA-Economics” xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.

İkinci oxunuşla müqayisədə üçüncü oxunuşda dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya 1,7 milyon manat artırılır: "Birinci oxunuşla müqayisədə söhbət təxminən 1,7 milyon manat artımdan gedir. Müvafiq olaraq, dotasiyanın məbləği 482, 4 milyon manat təşkil edəcək. İlkin dürüstləşməyə nisbətən 32,6 milyon manat artım nəzərdə tutulub".

Qeyd edək ki, ikinci oxunuş üçün 2023-cü ilin dövlət büdcəsinin layihəsində dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasını büdcəsinə nəzərdə tutulmuş dotasiya ilə bağlı dəyişikliklər edilmişdi. 2023-cü ilin dövlət büdcəsinin layihəsində Naxçıvan Muxtar Respublikasının büdcəsi üçün nəzərdə tutulmuş dotasiyanın 31,1 mln manat azaldılması, 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsində öz gəlirlərinin 20 milyon manat artırılması nəzərdə tutulmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR