Bank Of Baku

Dövlət büdcəsinə vergi daxilolmaların həcmi 3 mlrd. manatı üstələyib

Dövlət büdcəsinə vergi daxilolmaların həcmi 3 mlrd. manatı üstələyib
# 01 iyul 2019 12:02 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 139,3 mln. manat vergi səfərbər edilib. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, proqnoz 110,1% icra edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3% və ya 239,9 mln. manat çoxdur.

Ödənilən vergilərin 69%-i qeyri-neft sektorunun, 31%-i neft-qaz sektorunun payına düşüb. Qeyri-neft sektoru üzrə vergi daxilolmalarının artımı proqnoza nisbətən 13,8%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 16,1% (299,7 mln. manat) təşkil edib. Cəmi vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi 76,8%-ə yüksəlib. Qeyri-neft sektorunun özəl bölməsindən vergi ödəmələri 17,6% artıb, onun qeyri-neft sektorundan vergi daxilolmalarda xüsusi çəkisi 77,3%, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53,3%-ə çatıb. Bu ilin yanvar-may aylarında regionlardan vergi daxilolmaları 18,6% artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 9,8%-ə yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR