Bank Of Baku

Dövlət Neft Fondunun AÇG üzrə gəlirləri 4,4 mlrd. manata yaxın olub

Dövlət Neft Fondunun AÇG üzrə gəlirləri 4,4 mlrd. manata yaxın olub
# 23 iyul 2026 13:12 (UTC +04:00)

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından daxilolmalar 4 mlrd. 374,9 mln. manat təşkil edib.

"APA-Economics" bu barədə ARDNF-ə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 52,4 mln manat və ya 1,2% azdır. Ötən ilin ilk yarısında AÇG-dən Fonda daxilolmalar 4 mlrd. 427,3 mln. manat təşkil etmişdi.

Ümumilikdə, ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 mlrd. 953,4 mln. manat olub. O cümlədən, mənfəət neftinin və qazın satışından 4 mlrd. 947,6 mln. manat, bonus ödənişləri və tranzit gəlirləri 0,9 mln. manat, akrhesabı ödənişləri 4,9 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR