Bank Of Baku

Azərbaycanda dövlət qulluqçuları üçün "e-imza"dan istifadə tarifi təsdiqlənib

Azərbaycanda dövlət qulluqçuları üçün "e-imza"dan istifadə tarifi təsdiqlənib
# 15 iyul 2019 14:16 (UTC +04:00)

Azərbaycanda daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imzadan (e-imza) istifadə üzrə tarif təsdiqlənib.

APA-Economics”in məlumatına görə, bu, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının təsdiq etdiyi “Daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imza və DATA Mərkəzindən istifadə ilə bağlı tariflərin təsdiq edilməsi barədə” qərarında əksini tapıb.

Daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün üçillik e-imzadan istifadə üzrə tarif 16 manat (ƏDV) səviyyəsində müəyyənləşib.

Bu qərar “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli fərmanının icrası məqsədi ilə qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR