Bank Of Baku

Dövlət orqanlarının məlumat mübadiləsinin hazırkı səviyyəsi əlavə inzibati yük yaradır - EY

Dövlət orqanlarının məlumat mübadiləsinin hazırkı səviyyəsi əlavə inzibati yük yaradır - EY
# 25 fevral 2022 12:34 (UTC +04:00)

Dövlət orqanları arasında məlumat mübadiləsinin hazırkı səviyyədə olması vergi ödəyiciləri üçün əlavə inzibati yük yaradır.

"APA-Economics"in məlumatına görə, bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda çıxış edən "EY Azerbaijan" audit şirkətinin vergi və hüquq məsələləri üzrə partnyoru Arzu Hacıyeva deyib.

Onun sadaladığı misallardan biri, işçilər haqqında məlumatın həm Azərbaycan Dövlət Statistika Komitəsi, həm də Dövlət Vergi Xidməti tərəfindən tələb olunduğu olub.

"Eyni və oxşar məlumatların vergi ödəyicilərindən vahid formada bir dövlət qurumu tərəfindən tələb olunması və sonradan digər dövlət qurumları ilə məlumatların toplanması prosesini təkmilləşdirə bilər", - A. Hacıyeva "EY Azerbaijan"ın təklifi üzrə təqdimatla çıxış edərkən deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR