1 yanvar 2022-ci il tarixinə dövlət qurumları tərəfindən cəlb olunmuş və xidmət edilməsi davam edən kredit sazişlərinin ümumi məbləği 8 925,8 mln. ABŞ dolları ekvilalenti təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında əks olunub.
Bu məbləğin 99%-i faizi artıq borc alanlar tərəfindən istifadə edilib.
Qeyd olunan vəsait üzrə 2022-ci il 1 yanvar tarixinə 1 793,8 mln. dollar borc və ya ümumi məbləğin 19,5%-i qaytarılıb.