Dövlət xərclərinin artması inflyasiyaya çox cüzi artırıcı təsir edəcək. Belə ki, cari il təsdiq olunmuş büdcə xərcləri inflyasiyaya 0.43 faiz bəndi artırıcı təsir edəcək.
"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Proqnozlara görə, bu il istehlak kreditləşməsi 13.5% artacaq. Bu da inflyasiya 0.45 faiz bəndi artırıcı təsir edəcək.