Bank Of Baku

Dünya Bankı Azərbaycan üzrə yeni tədqiqatını iyunda təqdim edəcək

Dünya Bankı Azərbaycan üzrə yeni tədqiqatını iyunda təqdim edəcək
# 09 mart 2022 15:38 (UTC +04:00)

Martın 9-da Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb.

"APA-Economics"in Azərbaycan Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, görüşdə Dünya Bankı tərəfindən aparılan və 2022-ci ilin iyun ayında təqdimatı planlaşdırılan Azərbaycan üzrə Sistemli Diaqnostik Tədqiqatın (ÖSDT) yenilənməsi və bununla bağlı rəsmi statistika məlumatlarından istifadə barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Dünya Bankının bundan əvvəlki ÖSDT-si 2015-ci ildə təqdim olunmuşdu. Bank həmdə Azərbaycanda yeni çərçivə tərəfdaşlıq proqramını (CPF) bu il başlayacaq.

Xatırladaq ki, hazırda Dünya Bankının Azərbaycanda dörd aktiv layihəsi var və indiyədək Azərbaycanda reallaşan 72 layihəyə ümumilikdə 4,2 mlrd. ABŞ dollarından çox vəsait ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR