Bank Of Baku

Dünya Bankı: Azərbaycanda inflyasiya 5,2%-ə kimi azalacaq

Dünya Bankı: Azərbaycanda inflyasiya 5,2%-ə kimi azalacaq
# 05 oktyabr 2023 14:39 (UTC +04:00)

Dünya Bankı bu il Azərbaycanda inflyasiyanın 9 % təşkil edəcəyini proqnozlaşdırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Bankın "Regional Economic Outlook" hesabatında qeyd edilib.

Hesabata görə, Azərbaycanda 2024-cü ildə 5,8%, 2025-ci ildə inflyasiya 5,2% olacağı gözlənilir.

"Ərzaq qiymətləri azalmağa davam edir və xarici təzyiqlər azalaraq Azərbaycan Mərkəzi Bankının yuxarı həddi üzərində qalır. İnflyasiyanın 2024-cü ilin sonuna qədər AMB-nin 4+/–2 faiz hədəf intervalına qayıtması gözlənilir"- DB-dən əlavə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR