Dünya Bankı (DB) Azərbaycanın 2026-cı ilə kimi dövlət büdcəsinin profisiti ilə bağlı proqnozunu yeniləyib.
"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib.
DB Azərbaycanın büdcə profisitinin ümumdaxili məhsulda (ÜDM) payını aprel proqnozunu ilə müqayisədə 4,8%-dən 3,1%-ə endirib. Proqnoz 2024-cü üzrə 4%-dən 3%-ə, 2025-ci il üzrə isə 3%-dən 2,9%-ə kimi azaldılıb.
"Fiskal balansın ortamüddətli perspektivdə profisitdə qalacağı və ÜDM-in orta hesabla 3,4 faizini təşkil edəcəyi təxmin edilir. Enerji gəlirləri yenidənqurma və inkişaf strategiyasının həyata keçirilməsi üçün daha yüksək xərcləri kompensasiya etməyə davam edir" - Dünya Bankının şərhində qeyd edilib.
YENİLƏNİB'>