Dekabrın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,49% – 32,757.54 bəndədək, S&P 500 indeksi 0,90% – 3,817.66 bəndədək, Nasdaq indeksi isə 1,49% – 10,546.03 bəndədək azalıb.
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında dekabrın 19-da FTSE 100 indeksi 0,19% – 3,811.24 bəndədək, Almaniyanın DAX indeksi 0,36% – 13,942.87 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,32% - 6,473.29 bəndədək artıb.
Avronun dəyəri isə ABŞ dolları qarşısında 0,25% azalaraq, 1.0581 dollar təşkil edib.